“Yumurtadan çıxan yumurta çıxarar” - Hümbət Həsənoğlunun aforizmləri Featured

“Ədəbiyyat və incəsənət” portalı Sumqayıtda yaşayan, ixtisasca həkim olan Hümbət Quliyevin aforizmlərinin dərcini davam etdirir və qeyd edək ki, bu aforizmlər kifayət qədər oxucu marağına səbəb olub.

 

1)     Gülə iyinə, insana xasiyyətinə görə dəyər verilər.
2) Yumurtadan çıxan yumurta çıxarar.
3) Özünü aldatmağın şirinliyindən vaz keçmək çətin olur.
4) Tez- tez gülməkdən ölənlər çox yaşayırlar.
5) “Sonra” “yox” sözünün mədəni formasıdır.
6) Pis yaddaş yaxşı əhvala qardaşdır.
7) Başqasının pulunu sayan yerində sayar.
8) Hər bir it daha böyük karvana hürməyi arzulayır.
9) Axmaq vəziyyətə yalnız ağıllı düşə bilir.
10) İnsana inanma, onun içində yeganə düz olan şey bağırsağıdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.