Necə yeməli? 12 QAYDA Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Qidalanma zamanı «nə yeməli» sualına cavab verən 13 qayda sizlərə təqdim olundu, bu gün də «necə yeməli» qaydaları diqqətinizə yönəldiləcək.

Təbii ki, belə qaydalar da müxtəlif mənbələrdə müxtəlif cürdür. Mən yenə də sizə ən çox tövsiyyə olunan qaydaları təqdim edirəm:

1.     Qidanı xırda-xırda dişləyib yeyin.

2.     Hər tikəni yaxşıca çeynəyin.

3.     Yalnız aclıq hiss edəndə yeməyə çalışın.

4.     Əsəbi, həyəcanlı olanda, narahatçılıq hiss edəndə yeməyin.

5.     Yemək prosesində bütün diqqətinizi yeməyə yönəldin.

6.     Ayaq üstündə, uzanıqlı, üzü üstə yemək yeməyin, yalnız oturub yeyin.

7.     Günlük rasionunuzu 2-3 böyük qida qəbulundan 4-5 kiçik qida qəbuluna dəyişin.

8.     Gün ərzində ən çox qidanı günorta naharında qəbul edin. Ən az isə şam yeməyində.

9.     Çalışın, yalnız yeni hazırlanmış qidalar yeyəsiniz. Qalmış, köhnəlmiş yeməklərdən qaçın.

10.Çalışın yalnız təbii qidalar yeyəsiniz.

11.Qida rasionunuzu qarışıq edin, orada mütləq meyvə, göyərti, ağartı, faydalı dənli bitkilər, paxlalı bitkilər yer alsın.

12.Gün ərzində qidadan aldığınız kaloriləri fiziki hərəkətlərlə əritməyə çalışın.

Sabah isə sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.