Vaqif Səmədoğlunin 85 illiyi münasibətilə Poeziya müsabiqəsi elan edilir Featured

Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz" aylıq ədəbiyyat dərgisi unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi elan edirlər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 35 yaşa qədər qələm adamları martın 1-dən aprelin 30-na kimi müsabiqəyə öz şeir nümunələri ilə qatıla bilərlər.  

Müsabiqənin Təşkilati dəstəkçisi “Kəpəz hospital", informasiya dəstəkçisi “Ədəbiyyat və İncəsənət" portalıdır. 

1. Şeirlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçtuna göndərilir.   

2. Hər müəllif yalnız iki şeirlə iştirak edə bilər.  (Vord formatda)                                

3. Şeirlərə müəllifin şəkli, haqqında məlumat və əlaqə nömrəsi əlavə olunmalıdır.

Mükafat fondu və mükafatlandırma mərasimi barədə sonrakı günlərdə məlumat veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.