“Siqet” festivalı favorit ifaçıları təqdim edib

Avropanın ən böyük Budapeşt “Siqet” musiqi festivalı özünün ilk hedlaynerlərini elan edib. Təşkilatçılar hesab edirlər ki, hedlaynerlər – yəni favorit və parlaq ifaçılar bu tədbirə minlərlə pərəstişkarı cəlb etməyə imkan verəcək. Belə ki, 35 ifaçının adı çəkilən artistlərin ilk dalğasında festivalın ilk iki günündə “Stormzy”, “Fred again”, Sem Smit və Martin Garrix səhnəyə çıxacaqlar.

 

AzərTAC xəbər verir ki, 2024-cü il avqustun 7-dən 12-dək Obuda adasında keçiriləcək festivalda “Amémé”, “Blondshell”, “Crystal Fighters”, “Eris Dryu və Octo Octa”, “Fontaines D.C.”, “Four Tet”, “Honey Dijon”, “Joost”, “Joesef”, “Joker Out”, Louis Tomlinson, “L Impératrice”, Meute, “Nia Archives”, Dom Dolla, Nova Tvins, “Overmono”, “Pip Blom”, “Varhaus” kimi müğənni və qruplar da çıxış edəcəklər. Başqa ifaçıların adları sonradan açıqlanacaq.

 

“Siqet” festivalı hər il altı gün ərzində Budapeştin Obuda adasını dünyanın 100-dən çox ölkəsindən gələn müasir estrada musiqisinin minlərlə pərəstişkarının ziyarət yerinə çevirir. Bu il melomanları bir çox əyləncələr gözləyir, adada qurulacaq 50-dən çox səhnə vokalçı və instrumentalçıların sərəncamına veriləcək.

 

Festivalın baş direktoru Tamaş Kadar ümidvar olduğunu bildirib ki, “Siqet” avqust ayında rekord sayda tamaşaçı cəlb edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.