Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Nailə Əsədullayeva ilə görüşürük.
DİREKTOR
Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.
ŞAGİRD
Mən, Əsədullayeva Nailə Raci qızı 13 iyul 2008-ci ildə dünyaya göz açmışam. Bakı şəhəri Xəzər rayonu Əmirəhməd Quliyev adına 121saylı tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Arzum Milli Aviasiya Akademiyasının tələbəsi olmaqdır. Ədəbiyyatı çox sevirəm. Maraqlı mövzular oxuduqdan sonra esselər yazmaq adətim var.
ESSE
“Dünyanın yeddi möcüzəsi”
Qədim dünyanın yeddi möcüzəsi hər kəs kimi mənim də diqqətimi cəlb edib. Bu "möcüzələrə" baxarkən heyrətlənməmək olmur..
Bu tikililərə Zevsin məbədi, İskəndəriyyə mayakı, Semiramidanın asma bağları, Rodos heykəli, Halikarnas mavzoleyi, Misir ehramları, Artemida məbədi daxildir. Bu möcüzələrin hər biri ilə əlaqəli müxtəlif məlum və naməlum məlumatlar var. Bu möcüzələrdən biri olan "Semiramidanın asma bağları" Assuriya şahzadəsi Semiramidanın əmri ilə yaradılıb. Bu bağların maraqlı ayrı bir hekayəsi də var.
Padşah II Navxudonosor həyat yoldaşı Midiya şahzadəsi Semiramidanın Vətəni Midiyanın həsrətini çəkməsin deyə bu bağları saldırmışdı. Belə bir maraqlı hekayə də var ki, Semiramida öz adına olan bağlarda yaşamayıb..
İskəndəriyyə mayakı e.ə təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında inşa edilmişdir. Onun müəllifi Knidli Sostrat olmuşdur.
Əfsus ki, bu gün bu möcüzələrdən yalnız pramidalar salamat qalmışdır.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)