TOP-5. Sentyabr ayının ən yaxşı kitabları Featured

Şərqi Avropanın ən böyük ədəbiyyat portalı olan LitRes Sentyabr ayı üçün ən yaxşı kitabların reytinqini müəyyənləşdirib. “Ədəbiyyat və incəsənət” portalı LitRes-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, oxunma sayı yüz min civarında olan həmin kitablar bunlardır:

 

Mayk Omer, “Dözümlülük məşəli”

(Uşaqlığında qəhrəman sektantın caynağından qopa bilir, onun törətdiyi yanğından qurtulur. Hamı onu ölmüş bilir, amma FBR əməliyyatçısı 30 il sonra onun izinə düşür).

 

Viktor Pelevin, “Elevsinə səyahət”

 (Admiral-yepiskop öz ən yaxşı əməliyyatçısını üsyanı yatırtmağa göndərir. Qədim Romada roman qəhrəmanı çevriliş planının sirrini açmalıdır).

 

Kventin Tarantino, “Kinospekulyasiya”

(Tarantino öz kino stilinin yaranmasından danışır. Yaradıcılığına təsir edən filmlərdən bəhs edir və təklif edir ki, hamı bunu təsəvvür etsin: “Taksist” filminin rejissoru o deyil, Brayan De Palmadır.

 

Veronika Melan, “Arid – Mənim lənətlədiyim”

(Borclarını ödəmək üçün fitness-təlimatçı Deyzi kapral olmağa razılıq verir. O, bir obyekti ələ keçirib bazaya çatdırmalıdır. Dəstə məhv olur və qız öz keçmiş kapitanı ilə təklikdə qalır…)

 

Sergey Lukyanenko, “Vitya Solnışkin və Stalin”

(Pioner Vitya Solnışkin Stalinlə nə barədə danışır? Qıza Çin istehsalı alışqan nə üçün lazım olur? Böyük imperiya rəhbəri bir uşağa niyə baş qoşur? Roman bu barədədir).

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.