MUSİQİ BƏLƏDÇİSİNDƏ - URAQAN - "Erik Satie - Gnossiennes 1-6" MUSİQİSİ İLƏ... Featured

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Bu aralar hər gecə yatmazdan öncə bu musiqiyə qulaq asıram. Sanki psixoloq yanına seansa gəlmişəm. Özüm-özümlə söhbət edirəm:

Nəyi düzgün edirəm, nəyi yanlış edirəm? Nələri səhv etmişəm bu günə kimi? Kimlərin qəlbini qırmışam? Qəlbini qırdıqlarım mənə görə dəyişibmi? Pisə çevriliblər, yoxsa yaxşı insanlara?

Kiməm mən? Məqsədim nədir? Niyə gəlmişəm bu dünyaya? Axı nə edirəm mən? Niyə edirəm bütün bunları? 

 

Mövlanənin bir sözü var, "kiminlə oturub durduğunuza diqqət edin. Çünki bülbül gülə, qarğa zibilliyə aparar." Kiminlə addımlayıram axı mən? Bizim kimliyimizi seçdiyimiz seçimlər təyin edər. Seçdiyimiz dostlar bizi dəyişər. Qardaş hər zaman dost olmaya bilər, amma dost hər zaman qardaş olmalıdır. Sevgili isə sənə həm dost, həm qardaş, həm də ata olmalıdır. Səni dost kimi dinləməli, qardaş kimi qorumalı, ata kimi qayğına qalmalıdır. Yalandan səni tərifləməməli, lazım olanda dur deməli, səhvlərini bildirməli. Bu gün öz dostunu, çevrəsini aldadan biri, sabah səni də aldadar. 

Bəzən insan özünü yenidən yaratmağı bacarmalıdır. Bəzən yoxolma nöqtəsinə gəlməlisiniz ki, təkrardan doğula biləsiniz. Təkrardan bir şeylərə başlaya biləsiniz. Öz küllərindən bir simurq quşu kimi yenidən canlanmalıdır. Bardağın doluysa heç nə süzə bilmərsən o bardağa. İçindəki çirkaba qarışıb içdikcə sənə zəhər olar. Bardağı boşalt, fikirlərini boşalt. Yanlış insanları uzaqlaşdır ətrafından. Gec olmadan düşün və sorğula...

 

İstəyənlər musiqini dinləyərək də oxuya bilər.

 

https://youtu.be/y7kvGqiJC4g?si=61_tzEYzuqlth86r

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.