Qazaxıstanda yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi Vidadi Fərzəliyev 2025-ci il martın 31-də 8-ci Aktobe şəhər məclisinin deputatı seçilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumat üçün qeyd edək ki, Vidadi Fərzəliyev 2 sentyabr 1993-cü ildə anadan olub. Soydaşımız 2012-2024-cü illərdə Aktobedə Azərbaycan diasporunun gənclər təşkilatının sədri, 2023-cü ildən Aktobe şəhər məclisinin ictimai şurasının üzvü, 2024-cü ildən Aktobedəki Azərbaycan diasporu sədrinin birinci müavini olub. Əmək və ictimai fəaliyyətindəki nailiyyətlərinə görə Qazaxıstan dövləti tərəfindən dəfələrlə sertifikat və təşəkkürnamələrlə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)