Türk Mədəniyyəti və İrsi Fondu Hikmət Hacıyevə atasının vəfatı ilə bağlı başsağlığı verib Featured

 
 
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə atasının vəfatı ilə bağlı aşağıdakı məzmunda başsağlığı verib:
 
“Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri , hörmətli Hikmət Hacıyevin atası Fərhad Hacıyevin vəfatı xəbərini dərin kədərlə qarşılayır. Onun ömür yolu, ailəsi və yaxınları üçün hər zaman qürur mənbəyi olaraq xatırlanacaqdır.
Bu ağır itkidə mərhumun ailəsinə, yaxınlarına və bütün sevdiklərinə səbir diləyir, başsağlığı veririk.
Ruhu şad olsun.”
 
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə atasının vəfatı ilə bağlı aşağıdakı məzmunda məktub ünvanlayıb: 
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyeva
 
Hörmətli Hikmət müəllim!
Atanız Fərhad Hacıyevin vəfat etməsi xəbərini dərin kədərlə qarşıladıq. Şübhəsiz ki, Sizin kimi nümunəvi dövlət adamının, Türk dünyasının birliyi yolunda durmadan çalışan görkəmli siyasi xadimin yetişməsində valideyninizin, mərhum F.Hacıyevin böyük rolu olmuşdur. Sizin kimi Azərbaycan xalqının hafizəsində əvəzsiz xidmətləri ilə yadda qalan bir dövlət xadiminin yetişməsində böyük əməyi, zəhməti olan Fərhad müəllim kimi dəyərli şəxsiyyətin, nümunəvi vətəndaşın itkisi olduqca kədərli və üzücü hadisədir.
Atanızın vəfatından dolayı Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də öz adımdan dərin hüznlə başsağlığı verir, ailə üzvlərinizə və Sizə səbir, dözüm arzulayır, Allahdan mərhum Fərhad müəllimə rəhmət diləyirik.
 
Hörmətlə, 
Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
 
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)
 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.