Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Hər bir millətin, hər bir toplumun bir simgəsi, bir məqsədi və bir xəyalı olur. Türkün və türkçülüyün də xəyalı və amalı ta əzəldən TURAN olub. Tarixə baxdıqda bu təşkilatın, bu toplumun, bu ordunun qurulması üçün müəyyən addımlar atılsa da, sonralar müəyyən qüvvələr tərəfindən bunun qarşısı alınıb. Lakin bu sarsılmaz birliyin qurulması üçün qarşıda hər hansı önəmli bir əngəl görülmür.
Türk Dövlətləri Təşkilatı və ya əvvəlki adı ilə desək, Türk Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan dövlətləri arasında qurulmuş olan beynəlxalq bir təşkilatdır. Özbəkistan dövləti də 30 aprel 2018-ci ildə təşkilata qatılmaq niyyətində olduğunu bildirmiş və 14 sentyabr 2019-cu ildə təşkilata qəbul olunmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülmüşdür. 2018-ci ilin sonlarından bu yana isə Macarıstan dövləti şuranın müşahidəçi funksiyasını yerinə yetirir.
Macarıstanın baş naziri Attilanın soyundan gəldiklərini və türk olduqlarını bəyan edib, xatırlayırsınızsa.
Getdikcə böyüyən və günü-gündən inkişaf edən bu təşkilatın yaxın gələcəkdə Türkün nələrə qadir olduğunu göstərəcəyini düşündükcə xəyallarımızın və hədəflərimizin çox da uzaqda olmadığı aşkar görünür. Bu millətə, bu ulusa, bu topluma elə birləşmək yaraşır.
YAŞASIN TURAN!!!
Tezliklə sizlərə sıra ilə türk dünyasının ən böyük qəhrəmanlarından, cəngavərlərindən, sərkərdəıərindən danışacağıq.
“Ədəbiyyat və İncəsət”
(23.01.2025)