Könül, “Ədəbiyyat və incəsənət”
Onsuz bir il keçdi. O unudulmadı. Bir ömür keçəcək. O yenə unudulmayacaq!
Baş qərargahı İstanbulda yerləşən Türk Ədəbiyyatı Vəqfi mərhum millət vəkili, böyük türkçü, hamımızın sevimlisi Qənirə xanım Paşayevanın vəfatının birinci ildönümündə onun beş əsərini nəşr edib.
Qənirə xanımın həmin əsərlərinin müəllif hüquqları və satışından əldə ediləcək gəlir
türk ölkə və topluluqlarından Türkiyəyə ali təhsil üçün gələn tələbələrə “Qənirə Paşayeva təqaüdü” olaraq veriləcək.
Çox təqdirəlayiq, gərəkli bir projedir.
Bu layihənin həyata keçirilməsində dəstək olan hər kəsə, xüsusən də, Vəqfin başqanı, dəyərli xocanız Serhat Kabaklıya sonsuz təşəkkür edirik.
“Ədəbiyyat və incəsənət”
(24.10.2024)