“Bir məzar daşına sığar” - Hüseyn Şərqidərəcək Soytürk Featured

Güney azərbaycanlı yazar Dr. Hüseyn Şərqidərəcək SOYTÜRK “Bir məzar daşına sığar” adlı çox aktual və maraqlı bir yazı yazıb. Onu oxucularımıza təqdim edirik. 

Türkiyə türkcəsindən yazını dilimizə “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Ülviyyə Əbülfəzqızı uyğunlaşdırmışdır. 

 

 

BİR MƏZAR DAŞINA SIĞAR

 

Gəzməyə çıxdım gözəl  havada.

Rast gəldim qəbiristanlığa

Addımladım düşünərək, məzarlara baxa- baxa. 

Çox maraqlı yazılar satışdı gözlərimə...

Bir kasıbın, evsizin məzarı üstündə yazılmışdı:

 

“Mənim də artıq evim var, Allahıma şükür olsun".

 

Yaxınlaşdım bir başqa məzara bir varlının məzarıydı.

"Allahım, mən bu dünyada hər şeyi pul ilə edə bildim, pul ilə satın ala bildim.

Amma ölüm mələyini pul ilə ələ ala bilmədim"...

 

İrəlilədim bir az da sonrakı məzara

Qəlbi qırılımış bir qulun məzarıydı.

Onun məzar daşında

" Əlbəttə, qiyamət günü var

O dəhşətli gündə ahım sizdən çıxacaq" yazılmışdı.

 

Addımladım bir az irəli bir gənc oğlanın məzarına, yazılmışdı:

"Allaha həmd olsun ki, siz də peşman olacaqsınız

Bir- birinizlə yola gedin, bir- birinizi incitməyin"...

 

Addımladım yenə də qəbirlərə baxa-baxa.

Qarşıdakı məzarda yatırdı bir ana, yazılmışdı:

"Allaha and verirəm, məndən sonra yaxşı baxın övladlarıma"...

 

Bir az da irəlidə rast gəldim bir dəlinin düşündürən məzarına yazılmışdı:

"Mən dəli deyildim, ağıllı gəldim dünyaya. 

Ağılla yaşayırdım. Ağlınız  olmadığına görə məni dəli gördünüz…”

 

Gedə- gedə baxdım ki, bir körpə məzarı.

"Nə yaxşı ki böyümədim

Mən də öldüm gün gəlmədən

Bəlkə də, böyüyüb pis insan olacaqdım"...

 

Bir məzarlıq idi bu insanların hekayəti...

Hər məzarın bir kədəri, ayrıdır hekayəsi...

Fərqli- fərqli ömürlər var,

50, 60, 70, 80..

Uzun illər yaşasan da, yaşadığın o illər bir məzar daşına sığar.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.