Bu gün Almatıda Beynəlxalq Kukla Teatrları Festivalı açılır

II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı bu gün öz işinə başlayır. Ayın 24-dək davam edəcək festivalda Azərbaycan nümayəndəliyi də iştirak edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC Almatı şəhərinin akimliyinə istinadla məlumat yayıb. Məlumata görə, bu il festivalda ev yiyələrindən və Azərbaycandan başqa Çin, Polşa, Çexiya, Bolqarıstan, Gürcüstan, Türkiyə, Özbəkistan və Rusiyanın ən yaxşı kukla teatrı kollektivləri iştirak edəcəklər.

Qazaxıstan Dövlət Kukla Teatrı tərəfindən Almatı şəhəri akimliyinin dəstəyi ilə keçirilən festivalın təşkilatçılarının məqsədi tamaşaçıları müasir kukla tamaşaları ilə tanış etmək, beynəlxalq yaradıcılıq əlaqələrini gücləndirmək və teatr sahəsində yaradıcı ideyaları dəstəkləyəcək platforma yaratmaqdır.

II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı şəhərin mədəni həyatında parlaq hadisə, kukla sənəti ustaları arasında təcrübə və fikir mübadiləsi üçün mühüm platforma olacaq.

Festival çərçivəsində qeyri-adi kukla personajları ilə müxtəlif ab-havada tamaşaların nümayişi ilə yanaşı, maarifləndirici yaradıcılıq görüşləri və ustad dərsləri də keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.