Türk Mədəniyyəti və İrsi Fondu Gəncədə Qazax Kamera Xoprunun konsertini təşkil etdi

   Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Məhəmməd Füzulinin 530 illiyinə  həsr olunmuş "Füzuli günləri" adlı layihə çərçivəsində "ÇÖLÜN RUHU" xor musiqisi konserti baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, konsertdə Q.Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xoru  və M.Maqomayev adına Azərbaycan Dövlət Xorunun ifasında Axmet Jubanov “Karlıqaş” II nəşr, Corc Hendel "Hallelujah", Estai “Kusni Korlan”, Jayau Musa “Ak Sisa”, “Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirov “Füzuli” kantatası III hissə, qazax və Azərbaycan xalq mahnıları səsləndirilib. 

Qeyd edək ki, Qazax Kamera Xorunun bədii rəhbəri, dirijor Merbol Kuspanov, xormeysterlər  Leyla Kuschanova və Madi Abışev, müşayiətçi  "Eren Enbegi Uşin" dövlət mükafatları laureatı Dina Niyazova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xorunun bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, müşayiətçilər Elxan Niftiyev, Nərmin Rzayevadır.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

 

 

 

{gallery}17807{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.