Türk Mədəniyyəti və İrsi Fondundan Füzulinin 530 illiyinə töhfə - Qazax Kamera Xoru Orkestri Azərbaycanda konsert verəcək Featured

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Böyük türk şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə Türk Mədəniyyəti və İrsi Fondu növbəti töhfəsini verir. Fond Qazaxıstanın Qaziza Jubanova adına Aktobe vilayəti  Filarmoniyasının Qazax Kamera Xoru Orkestrini Azərbaycana dəvət edib. 

Kamera xoru 10-12 oktyabr 2024-cü il tarixində Azərbaycanın müxtəlif şəhərlərində  konsert proqramı ilə çıxış ediəcək. 

Sabah Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qazax Xoru və Azərbaycan Xorunun ifasında hər iki ölkənin kamera orkestrlərinin birgə konserti olacaq. 12 sentyabr 2024-cü ildə isə Gəncə şəhərində  Qazax kamera Xoru Gəncə Filarmoniyasında  eyni proqramlıa çıxış edəcəkdir. 

Qazaxıstanın Qaziza Jubanova adına Aktobe vilayəti Filarmoniyasının Qazax Kamera Xoru Orkestrinin bədii rəhbəri Merbol Kuspanov, xormeystri Madi Abişev, konsertmeystrləri  Qazaxıstan Respublikasının əməkdar mədəniyyət xadimi  Dina Niyazova və Zaru Jazıbekovadır. Onların repertuarları türk xalqlarının müxtəlif janrlı əsərləri ilə zəngindir. Sabahkı konsertdə Cahangir Cahangirovun Füzuli kantatası da hər iki qardaş xalqın incəsənət nümayəndələrinin ifasında səslənəcəkdir. 

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.