TÜRKSOY-un XXIII “Rəssamlar görüşü” başa çatıb

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan və bu il XXIII dəfə reallaşan “Rəssamlar görüşü”nün yekununa həsr edilmiş tədbir keçirilib.

 

Türk dünyasının 6 ölkəsindən 12 rəssamın iştirak etdiyi bu layihədə ölkəmizi Xalq rəssamları Arif Əziz və Sakit Məmmədov təmsil ediblər.

 

Tədbirdə Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyəti barədə danışıb, iştirakçılara yeni sənət uğurları arzulayaraq, TÜRKSOY-un təşəkkürnamələrini təqdim edib.

Xatırladaq ki, TÜRKSOY-un XXII “Rəssamlar görüşü”nə ötən il Türkiyənin Safranbolu şəhəri (Karabük vilayəti) ev sahibliyi edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.