Türkçü, turançı Azər Turanın həyatının beş məqamı

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın 60 yaşı tamam oldu. 

 

Əbilov Hacı Azər İmamverdi oğlu 16 sentyabr 1963-cü ildə Neftçala rayonunda anadan olub. O, dövrün ən məşhur ədəbiyyatşünaslarından olan İmamverdi Əbilovun oğludur. 

Azərbaycan ictimaiyyətinə Azər Turan daha çox “Ədəbiyyat qəzeti” ilə tanışdır, günümüzün ən oxunaqlı qəzetlərindən birinə baş redaktorluq edərək o, minlərlə insanda ədəbiyyat sevgisi formalaşdırır, çağdaş və klassik ədəbiyyatımızı gündəmdə saxlayır. 

Amma Azər Turan həm də türkçü, turançıdır. Bu günlərdə sosial mediada mənim diqqətimi Azər bəyin böyük qardaşı Etibar Əbilovun bir paylaşımı cəlb etdi. Paylaşımda Azər Turanın tədqiq etdiyi ən məşhur türkçü və turançı liderlərin övladları ilə fotoları əks olunmuşdu. Oxucularımız üçün maraqlı olacağını zənn edib həmin fotonu və altyazısını təqdim edirəm.

 

 

Foto

 

Azər Turan tədqiq etdiyi o böyük insanların övladları ilə:

1.Hüseyn Cavidin qızı Turan xanım Cavidlə; 

2.Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsarla;

3.Ömər Faiq Nemanzadənin qızı Bəxtli xanımla;

4.Xalid Səid Xocayevin qızı Bəhicə xanımla;

5.1918-ci ildə Qafqaz İslam Ordusunu yaratmış o vaxtkı Osmanlı Türkiyəsinin Hərbiyyə naziri Ənvər Paşanın nəvəsı Arzu xanım Ənvərlə.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.