Gənc şair Səddam Laçının “Səndən gözəl olmasın” adlı şeirlər kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab “Qanun” nəşriyyatında, cildində kitabın leytmotivinin bir bəndlik izahı ilə çap olunub:
Mən səni neynirəm ki.
Sən olsan da sevirəm, olmasan da sevirəm.
Ey dodağı yasəmən, yanaqları qızılgül,
Qorxma, payız gələndə
Sən solsan da sevirəm, solmasan da sevirəm.
İstedadlı gənc şairin kitabının işıq üzü görməsinə reaksiyası isə bu cürdür: “İndiki şəraitdə quru maaşa işləyən Azərbaycan gəncinin şeir kitabı çıxartmaq xülyası başlı-başına dəlilikdir. Heç mən də xəyallarımdan əl çəkəcək qədər ağıllı deyiləm.
Vətənə, millətə xeyirli olsun!”
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)