Aqil Abbasın yeni romanı təqdim olunub

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Aqil Abbasın "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" romanının təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə Akademik Nizami Cəfərov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, millət vəkili Etibar Əliyev, yazıçılar Seyran Səxavət, Elçin Hüseynbəyli, tənqidçi Əsəd Cahangir, Aqil Abbasın həyat yoldaşı, yazıçı-publisist İradə Tuncay və digərləri, yazıçının dostları və qələm yoldaşları iştirak ediblər.

Portalımızda ötən gün bir hissəsini dərc etdiyimiz roman son illərdə Azərbaycanla Ermənistan arasında baş verən məlum hadisələrdən bəhs edir. Bədii əsər olsa da, burada tarixi faktlara da yer ayrılıb. Öncə Aqil Abbas

Təqdimatda iştirak edən ədəbiyyat adamları əsərlə bağlı fikirlərini bölüşüblər.

Tənqidçi Əsəd Cahangir, Akademik Nizami Cəfərov, millət vəkili Etibar Əliyev kitab barədə fikir bildiriblər. 

Sonda yazıçı təqdimata gələnlər üçün kitablarını imzalayıb.

Yeri gəlmişkən, sabah Aqil Abbasın doğum günüdür, portalımız adından ona səmimi təbriklərimizi çatdırırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.