“Qafqazın mirvarisi-Şuşa” kitabı fransız dilində çap olunub

“Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) və azərbaycanlı professor Elçin Əhmədovun həmmüəllifi olduğu “Qafqazın mirvarisi - Şuşa” kitabı fransız dilində çap olunub. 

Bu barədə Eıçin Əhmədov məlumat verir və qeyd edir ki, Fransanın “Hermann” nəşriyyat evində çap edilən kitabda Şuşanın tarixi, mədəniyyəti ilə yanaşı, onun mətbəxi haqqında məlumatlar yer alıb. 

Müəlliflər kitabda Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələləri ətraflı təqdim ediblər. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsi və əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri haqqında məlumatlar və fotoşəkillər kitabda ayrıca fəsillərlə verilib. Həmçinin nəşrdə qala-şəhərin müxtəlif tarixi mərhələlərini, o cümlədən işğaldan əvvəl, işğal vaxtı və azad edilməsindən sonrakı dövrü əks etdirən fotolar da yer alıb. 

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.