Etibar Muradxanlının Şuşanın azad edilməsinə həsr olunmuş "İlin beşinci fəsli" romanı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənədli-bədii ülsubbda yazılmış, dəqiq faktlara söykənən bu roman “Siz mühasirədəsiniz, leytenant" və "Tələbə taqımı"ndan sonra müəlifin Qarabağ müharibəsi mövzusundakı üçüncü romanı, İkinci Qarabağ savaşı olaylarını əks etdirən ilk romandır.
Sentyabrın 29-da AYB-nin Natəvan klubunda "İlin beçinci fəsli"nin təqdimatı keçirilib. Tanınmış tənqidçi Əsəd Cahangirin moderatorluğu ilə keçən təqdimatda tanınmış qələm adamları iştirak ediblər.