Tanınmış jurnalist Akif Aşırlının növbəti kitabı işıq üzü görmüşdür. “Mətbuat tarixi” adlanan kitabda adından da göründüyü kimi, milli mətbuatımızla bağlı olduqca əhəmiyyətli faktlar, sənədlər, araşdırmalar yer alıb.
Kitab mətbuat mütəxəssisləri, elm xadimləri və jurnalistlərlə yanaşı sıravi oxucular üçün də maraq kəsb edəcək.