Azərbaycanda ədəbiyyat üzrə ən maraqlı və davamlı kitab seriyalarından olan “AYB kitab” bu günlərdə yeni nəşrini təqdim etdi. Türk ədəbiyyatının ən maraqlı, yenilikçi imzalarından olan İmdat Avşarın "Göyərçin sevdası".
Bu, İmdat Afşarın "Anamın saatları"ndan sonra Azərbaycan türkcəsində işıq üzü görən ikinci kitabıdır.
İmdat Avşarın türk milli düşüncəsinə, çağdaş və klassik ədəbi ənənələrə söykənən zəngin nəsr yaradıcılığı vardır. Onun orijinal yazı tərzi, qeyri-adi ifadə forması, bənzərsiz təhkiyə yaratmaq qabiliyyəti, əsərlərinə məxsus psixoloji-fəlsəfi dərinlik və mövzu rəngarəngliyi dərhal sezilməkdədir. Yazar "Süsənləri solan bozqır" (2009), "Soyuq röya" (2012), "Göyərçin sevdası"(2021) kitabları ilə Türk dünyasında böyük oxucu auditoriyasının rəğbətini və sevgisini qazanmışdır.
Onu da qeyd edək ki, "Göyərçin sevdası" Türkiyədə 2 ay kimi qısa zaman kəsiyində 3 dəfə nəşr olunub. Yazarın ikinci vətəni olan Azərbaycanda bu kitabının da "Anamın saatları" kimi maraq və sevgiylə qarşılanacağına ürəkdən inanırıq.
“Ədəbiyyat və incəsənət” portalı dəyərli İmdat Afşarı, habelə “AYB kitab” layihəsinin rəhbəri
Xəyal Rzanı “Göyərçin sevdası” münasibəti ilə təbrik edir.