Yunus Oğuzun “Cığır”ı gəlir

 

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun yeni kitabı -"Cığır" romanı çapa  verilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, romanda Pənahəli xanın Şuşa qalasını inşa etməsi, Şuşa qalasına gedən cığırın tədqiq edilərək üzə çıxarılması, ermənilərin tarixin müxtəlif dövrlərində Şuşanı, eləcə də Şuşa qalasını ələ keçirmək üçün məkrli planlar qurması, eyni zamanda Qarabağın incisi sayılan Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsi hadisələri tarixi xronoloji ardıcılıqla oxuculara təqdim edilib.

Romanın sonuncu bölümlərində yazıçı Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə gedən yol, həmçinin ərazilərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi kimi tarixi anları, zəfər tarixini də geniş və ətraflı şəkildə oxuculara çatdırıb. Əsərdə yazıçı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının mərd, mübariz, döyüşkən ruhunu ortaya qoyub və Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusunun uğurlu əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.