Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünyaşöhrətli İtaliya yazıçısı Alberto Moravianın “Seçilmiş əsərləri” işıq üzü görüb.
Tərcümə Mərkəzindən bildirilib ki, məşhur “Çoçara” romanı ilə başlayan kitaba yazıçının “Roma hekayələri” silsiləsindən “Mario”, “Püşk”, “Kötük”, “Gözətçi”, “Nəhs gün”, “Məclis”, “Dostluq” kimi hekayələri daxil edilib.
Kitabın tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Etimad Başkeçid və Mahir N.Qarayevdir.
Kitabı yaxın günlərdə paytaxtdakı kitab mağazalarından əldə etmək olar.