Gənc yazar Adelanın ilk kitabı çap olunub. “Qum dənəsi” adlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət” portalına müəllif kitabın qısa annotasiyasını danışmışdır.
Emma ailəsi ilə Almaniyanın Hamburq şəhərində yaşayır. İstər ailəsi, istər dostları ilə çox yaxşı münasibətləri var. Ünsiyyətçil olduğu üçün dostları tərəfindən çox sevilir. Ən böyük xəyalı skripka sənətçisi olmaq ikən həyat onun üçün daha fərqli oyunlar hazırlayır. İçində böyük bir yara ilə Bakıya gedəndə həyatının tamamilə dəyişəcəyindən xəbərsiz olur. O, 18 yaşında öz xəyallarının arxasınca gedəcəyini zənn edərkən qarşısına çıxan eşq, şəhvət, qısqançlıq kimi yeni hisslərlə mübarizə aparmaq məcburiyyətində qalır.