Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım."
(Nizami Gəncəvi)
23 aprel bütün dünyada "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir.
Kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi olan bu gün 1995-ci ildə UNESCO tərəfindən təsis edilib.
Bu gün üçün 23 aprel tarixinin seçilməsi də təsadüfi deyil. Dünya ədəbiyyatı üçün 23 aprelin xüsusi bir anlamı var.
Belə ki, 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının ən tanınmış simalarından olan ingilis şairi və dramaturqu Uilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Və bu əlamətdar gün onların xatirəsinə ehtiram olaraq təsis edilib.
Ölkəmizdə isə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-ci ildən etibarən qeyd edilir.
Keçmiş və gələcək nəsillər arasındakı əlaqə və mədəniyyət körpüsü rolunu icra edən kitablar dünyanın heç vaxt tükənməyəcək olan ən dəyərli xəzinələrindən biridir.
İndi isə gəlin bir qədər dahilərin kitablar haqqında söylədikləri dəyərli fikirlərə nəzər salaq.
"Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər."
(Smayls )
"Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır."
(Əbu Turxan)
"Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.."
(Cemil Meriç)
"Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı dünya və insanlıq sevgisiylə dolduracaq"
(M. Qorki)
"Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver."
(Konfutsi)
"Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır."
(Qasım bəy Zakir)
"Oxumaq yaxşıdır! Məncə həm oxuyun, həm də oxumağı sevdirməyə çalışın. Hirslənmədən, qırmadan. Bəlkə də sadəcə əlinizə bir kitab alıb oxuyaraq.."
(Fazilet Seyitoğlu)
"Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir."
( V.L.Dal)
"İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir."
(E. Hant)
"Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir."
( Frensis Bekon )
"Kitab heç aldatmayan bir yoldaşdır."
(Guilbert De Pixrecourt )
"Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır.."
(Əbu Turxan)
"Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır."
( A.M.Upit)
"Yaxşı kitab çox qiymətli xəzinədir. "
(Həsən bəy Zərdabi)
"Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al!"
(Tur Xander)
"Ordu torpaqları, kitab könülləri fəth edir."
(Əbu Turxan)
"Kitablardan başını qaldırma, balaca. Dünya pis bir yerdi."
(Hikmet Anıl Öztekin)
"Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır."
(Seneka)
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)