KİTAB BƏLƏDÇİSİndə - Xarakterin sınağı. Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yalnız təzyiq altında olaraq müəyyən bir seçim qarşısında qalanda, prinsiplərinizə sadiq qalmaq və ya güzəştə getmək seçimi edərkən sizin xarakteriniz bəlli olur. 

 

Emerson demişdir: “Düzgünlüyünüzü müqəddəs bir varlıq kimi qoruyun, son məqamda müqəddəs və sizə sadiq qalan yalnız daxili düzgünlüyünüz olacaq”. Siz “seçən orqanizmsiniz”. 

Daim müəyyən bir seçim qarşısında qalırsınız. Və etdiyiniz hər bir seçim sizin xarakteriniz və dəyərlərinizdən xəbər verir. Güzəştə getmək və az müqavimətli yolu seçmək istəyinə qarşı qoyulacaq yeganə faktor xarakterdir. Xarakterinizi gücləndirməyin yeganə yolu isə gündəlik həyatınızın hər saat və dəqiqəsində iradənizi tətbiq edərək, lazım olan faydalı işin əvəzinə lazımsız amma əyləncəli işi görmək həvəsini boğmaqdır.

 

Brayan Treysi Daxili İntizamın Gücü

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.