Könül, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə “Azəri poliqrafiya” nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Zərdabi” mükafatı laureatı, portalımızın Sumqayıt təmsilçisi, şair-publisist İlhamə Məhəmmədqızının yeni çap olunmuş “Xoşbəxtəm varlığımla, yaradıcılığımla” adlı kitabı işıq üzü görüb.
Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər, mənsur şeirlər, hekayələr, povestlər, məqalələr, müsahibələr, oçerklər, rus dilindən tərcümə edilən yazıları toplanıb.
Həmçinin görkəmli şəxslərin İlhamə Məhəmmədqızının yaradıcılığı haqqında səmimi fikirləri də xüsusi bölümdə təqdim edilib.
Əlli beş illik yubileyinə töhfə etdiyi hesabat xarakterli bu nəşr müəllifin “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Hikmət dünyası”, “Bəs kimə deyim”, “Bizim istedadlar”, “Zirvəyə doğru” kitablarından sonra sayca on birincidir. Burada peşəkar yazarın insan taleyi, yurd sevgisi və ülvi məhəbbət mövzularında qələmə aldığı bütün yazılarında saf duyğuları sezilir.
İnanırıq ki, kitab geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)