Ağdam Dövlət Sosial-İqtisadi Kolleci təıəbələrin oxu mədəniyyətini yüksəltmək üçün növbəti layihəyə start verib. Belə ki, tələbələrdə mütaliə etmək həvəsini artırmaq üçün növbəti oxu müsabiqəsi elan edilib.
“Ədəbiyyat və incəsənət” portallna kollecdən verilən nəlumata görə, müsabiqənin şərtləri aşağıdakı kimidir:
1.Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin tələbəsi olmaq.
2. 16.04.2025-ci il tarixdən 30.04.2025-ci il tarixə kimi Varisin "Qızıl Ləçəklər" romanını oxumaq.
3.30.04.2025-ci il tarixdə kitabı oxumuş tələbələrin həmin kitabın məzmunu ilə bağlı suallara cavab verməsi.
Qeyd: Kitabın məzmunu ilə bağlı suallara ən çox düzgün cavab vermiş, l, ll, lll yeri qazanmış tələbələr 01.05.2025-ci il tarixdə mükafatlandırılacaq və mükafatı qaliblərə yazıçı Varis özü təqdim edəcək.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)