KİTAB BƏLƏDÇİSİ - “Hər şeyi özünüz öyrənmək üçün ömrünüz çatmayacaq” Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”



Kop Kopmeyer, daxili intizamdan sonra uğurun başqa bir prinsipi kimi “mütəxəssislərdən öyrənməyi” qeyd etmişdir. “Hər şeyi özünüz öyrənmək üçün ömrünüz çatmayacaq” demişdir.

 

Uğurlu olmaq üçün görəcəyiniz birinci iş, istədiyinizə nail olmaq üçün lazım olanları öyrənmək olmalıdır. Mütəxəssislərdən öyrənin. Onların kitablarını oxuyun, audio proqramlarına qulaq asın, mühazirələrində iştirak edin. Yaxinlaşın ya da yazıb məsləhət istəyin. Bəzən həyatınızı dəyişmək üçün bircə ideya bəs edir.

 

İcazə verin buna misal çəkim:

“Bir neçə il öncə dostumun məsləhət gördüyü peşəkar bir stomatoloqun yanina getmişdim. Sonralar həmin həkimin çox yüksək səviyyəli həkim olduğunu öyrəndim. Ona “Stomatoloqların stomatoloqu” deyirdilər. Digər stomatoloqlar özləri onun yanına gedirdilər. Özü dediyinə görə, bacardığı bütün konfranslara gedirdi. Bütün seminarlarda iştirak edir, ölkənin və dünyanın müxtəlif yerlərindən gəlmiş həmkarları ilə görüşüb fikir mübadiləsi edir və yeniliklər haqda məlumat öyrənirdi. Bir dəfə böyük pul və vaxt sərf edərək Honq Konqda keçirilən konfransa qatılır. Həmin konfransda, yeni kosmetik cərrahiyyə sahəsində, dişlərin daha gözəl görsənməsini təmin edən texnologiya kəşf etmiş Yapon stomatoloqun seminarında iştirak edirdi. O, San Dieqoya qayıdır və dərhal həmin texnologiyanı tətbiq etməyə başlayır. Tezliklə bu sahədə peşəkarlaşır və ad-san qazanır. Cəmisi bir neçə ilin içində o kifayət qədər məşhurlaşır və Amerikanın digər ştatlarından da insanlar bu cərrahiyyə üçün onun yanına axışırlar. Və məntiqi nəticə olaraq o öz xidmətinin qiymətini də qaldırır. Sonun da o qədər varlandı ki, əlli beş yaşında təqaüdə çıxıb vaxtını ailəsinə və gəzintiyə sərf etmək imkanı qazandı”. 

 

Bu rəvayətin məğzi ondan ibarətdir ki, həkim daim yeni ideyalar və fikirlər axtararaq sonunda ona vaxtından daha tez təqaüdə çıxmaq və maliyyə müstəqilliyi əldə etmək imkanı qazandıran texnologiyaya rast gəldi. Eyni hadisə sizin də başınıza gələ bilər, yalnız bir şərtlə ki, ömürlük tələbə olasınız.

 

Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.