Hümbət Həsənoğlunun növbəti “Aforizm”ləri işıq üzü görüb

 

Yazıçı-publisist Hümbət Həsənoğlunun yaxın günlərdə oxuculara təqdim olunacaq "Aforizmlər -3" adlı yeni kitabı artıq çapdan çıxıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, redaktoru Vüsal Hətəmov olan bu kitabın da yazıçı-publisist Hümbət Həsənoğlunun digər "Aforizmlər-1" və "Aforizmlər - 2" adlı kitabları kimi oxucuların masaüstü kitabına çevriləcəyinə inam böyükdür. Çünki Hümbət Həsənoğlunun yazdığı aforizmlər mənalı, məntiqli və lakonikliyi ilə seçilir və sevilir. 

Bu münasibətlə portalımız yazıçı-publisist Hümbət Həsənoğlunu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.