DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində qiraət günü keçirilib

 

 


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
ndə şair, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və aktyor Kamran Ağabalayevin iştirakı ilə qiraət günü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi

İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentindən verilən məlumata görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunmuş ilk qiraət günü ədəbiyyatda qadın mövzusu, Azərbaycan qadınlarının tarixi və cəmiyyətdəki roluna həsr olunub.

Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında şair İlqar Fəhminin yaradıcılığından şeirlər, musiqi nömrələri ifa olunub.

Davamlı təşkili nəzərdə tutulan layihənin məqsədi həssas əhali qruplarından olan şəxslərin mütaliəyə marağının artırılması, ədəbiyyatımızın müasir nümayəndələri ilə yaxından tanışlığına imkan yaratmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.