95 yaşlı təhsil ocağı!

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

2025-ci ildə Şəki Tibb Kollecinin fəaliyyətə başlamısının 95-ci ildönümü tamam olur.  Təhsil ocağının yubileyi, eyni zamanda, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində kollecin məzunu, yazar Gülarə İncinin yaradıcılıq gecəsi keçirilib. 

 

Martın 7-də Şəki Tibb Kollecində keçirilən tədbirdə  təhsil ocağının müəllim-tələbə kollektivi ilə yanaşı, Şəki ziyalıları da iştirak ediblər. Milli-mənəvi dəyərlərimizi, folklor nümunələrini, söz incilərini Gülarə İnci imzası ilə ədəbiyyata daşıyan  yazarın ruhundan süzülən əsərlər, kitablar tələbələrin marağına səbəb olub.  

Tədbirin davamında şeirlər səsləndirilib, tələbələr musiqi və rəqs nömrələri ilə çıxış edib. 

Sonda Gülarə İnci yaradıcılığından bəhs edən videoçarx izlənilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.