İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Daxili intizamın başqa adı özünə nəzarətdir. Uğura yalnız öz emosiyalarımıza, iştahımıza və sapmalarımıza nəzarət etməklə nail olmaq olar. Özünə nəzarət edə bilməyən insan zəif və bütün aspektlərdə etibarsız olur.
Daxili intizam özünüidarə kimi də ifadə oluna bilər. Özünü idarə etmək qabiliyyəti - danışığının və hərəkətlərinin əsas məqsədinə uyğun idarə edilməsi uğurlu adamlara xas xüsusiyyətdir. İntizam, həmçinin özünə etiraz da adlandırıla bilər. Bu, qarşınıza qoyduğunuz məqsədə doğru aparan lazımlı işləri görərək asan yolu seçməyə qarşı etiraz etməkdir. Gələcəkdə daha böyük nailiyyətlərdən həzz almaq üçün indiki məmnuniyyətlərin təxirə salınması bacarığı daxili intizamın tələbidir.
Bu günün əyləncələri gələcəyin ağrılarına çevrilə bilər.
Daxili intizama əməl etmədikdə iki qanunun qurbanı olursunuz. Birincisi “Gözlənilməyən nəticə”dir. Bu qanuna görə, “Uzaqgörənlik bacarığının çatışmazlığı üzündən hər hansısa bir hərəkətin gözlənilməyən nəticəsi gözlənilən nəticəsindən dəfələrlə pis ola bilər.” İkinci qanun “Yanlış nəticə”dir və bu qanuna görə, dərhal qazanılacaq mükafata yönəldilmiş hərəkət gələcəkdə səhv və ya gözlənilməyən nəticələr verə bilər. Misal üçün biz, daha yaxşı olmaq və xoşbəxt gələcək qazanmaq üçün vaxt, zəhmət və pul yatırımları edirik. Amma ev tapşırığını etməyə lazımi diqqət və zəhmət sərf etmədiyimizdən nəticə gözlədiyimizin əksinə olur və hətta tam fəaliyyətsizliyimizdən də pis olur. Belə bir halı demək olar hər kəs dəfələrlə yaşayıb.
Sizə oxuyub qısa məzmununu danışdığım büdəfəki kitab Brayan Treysinin “Bəhanələrə yox deyək” kitabı oldu.
“Ədəbiyyat və incəsənət”
(06.03.2025)