Sabiq Xarici İşlər Naziri Vilayət Quliyevin kifayət qədər səs salmış “Atatürk və Əhməd Ağaoğlu” kitabı İstanbulun “Zengin” nəşriyyatında Anadolu türkcəsində nəşr olunub. Əsəri türk dilinə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Lefke universitetində çalışan Nazim Muradov uyğunlaşdırıb.
Kitab beşiyi başında Atatürklə bir slrada Əhməd Ağaoğlunun da dayandığı Türkiyə Cumhuriyyətinin (1923) quruluşunun 100 illiyinə ithaf olunub.
Xatırladaq ki, “Atatürk və Əhməd Ağaoğlu” kitabı Bakıda “Qanun” nəşriyyatında bu ilin əvvəlində çap olinmuşdu.