KİTAB BƏLƏDÇİSİNDƏ İlyas Əfəndiyevin “Söyüdlü arx”ı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Tanış olduqları gün yenidən görüşmək üçün səhərə görüş təyin edirlər, qız gəlir, lakin hərbçi olan gənc leytenant səfərə göndərilir və bu, onların qovusmaqlarına bir dəfəlik son qoyur.

Murad 8 ay sonra səfərdən qayıdır, çalışır, çabalayır, amma Nuriyyədən xəbər ala bilmir. Sonralar Murad ordudan təxris olur, Quzey qışlağa (yaşadığı yerə) qayıdır. Evlənir, övladı olur. Və iş elə gətirir ki, bəyəndiyi o xanımın -  Nuriyyənin təyinatı da qonşu bölgəyə - Güney qışlağa olur.

Nuriyyə artist idi və bu təyinatla onun çətin günləri başlayır. O, öz sevgisini sevdiyi oğlanın xoşbəxtliyi üçün fəda edir. Muradın xanımı Səadətin həyatını məhv etməsinə səbəb olan qısqanclıq "xəstəliyinin" bitməsi məhz Nuriyyənin müdaxiləsi hesabına olur. O xəstəlik ki  Muradın gününü qara edirdi. Səadət özü də bu hallarından məmnun deyildi, lakin özü ilə bacara bilmirdi.

Kitab çox gözəldi, oxuya və Nuriyyənin etdiyi böyük fədakarlıqla tanış ola bilərsiz. 

Günümüzdə Nuriyyə kimilər əfsus ki, çox azdırlar.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.