“Mücrü” nəşriyyatında gənc yazar Vasif Zahidovun “Keçid” romanı işıq üzü görmüşdür.
Romanın annotasiyasını təqdim edirik:
“Şəhriyar dostları ilə kəşf etdiyi bunkeri sevgilisi Aydana göstərmək istəyir. Bunkerdə rastlaşdıqları qəribə, vahiməli yerlərin birində Aydan qeybə çəkilir sanki. Şəhriyar Aydanı tapmaq üçün KEÇİD vasitəsi ilə qarşısına çıxan “sərhədi” keçərək təsadüfən mövcudluğundan xəbər tutduğu macəra dolu Həylan dövlətinə düşür. Labirint kimi azıb qaldığı eyni adlı bu şəhərdə Şəhriyarı gördüyü hadisələrdən yaranan suallar ildırım kimi vurmağa başlayır.
Bu şəhərin Aydanla nə əlaqəsi var idi?
Çətin, əzablı yollardan keçən Şəhriyar görəsən Aydanı həqiqətən tapa biləcəkdimi?”
Macəra-fantastika üslubunda yazılmış roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.