Rəşad Məcid haqqında növbəti kitab çap olunub

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet"in baş redaktoru, yazıçı, publisist Rəşad Məcid haqqında kitab işıq üzü görüb. 

 

60 illik yubileyi münasibəti ilə onun həyat və yaradıcılığına həsr olunmuş kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, AYB Gənclər Şurasının katibi, Prezident Fondunun ədəbiyyat üzrə birillik təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiq, və mən - DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü, Prezident Fondunin ədəbiyyat üzrə birillik təqaüdçüsü, yazıçı Şəfa Vəlidir.

“Qələmli və qələmsiz” Rəşad Məcid portreti” adlı kitabda oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun ən doğmaları- ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsi ilə dolğun məlumatlar alacaq, qəhrəmanımızı şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə, ata, dost kimi də tanıyacaqlar. Bir insan ziyasının ömürlərə işıq salacağı həqiqətinin anladılması da nəşrin əsas qayələrindəndir. 

“Ön söz”ün müəllifi DGTYB-nin başqanı, Prezident təqaüdçüsü İntiqam Yaşardır. 

Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə “XAN” nəşriyyatında çap edilib.

Xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.