İmran Verdiyev,
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Rayon Mərkəzi Kitabxanasında uşaqların mütaliəyə təşviq edilməsi və onların mütaliə vərdişlərinin formalaşdırılması üçün ardıcıl və müntəzəm iş aparılır, maraqlı tədbirlər həyata keçirilir.
8 oktyabr 2024-cü il tarixdə kitabxananın uşaq şöbəsinin “Nağıl otağı”nda keçirilən “Can nənə, bir nağıl da de” adlı nağıl saatı da belə tədbirlərdən idi.
“Nağıl saatı”nda uşaqlara nağıllarımız haqqında danışılmış, onlar oxuduqları nağıllar barədə öz təəssüratlarını söyləmiş, nağılların motivləri əsasında çəkdikləri şəkilləri nümayiş etdirmişlər.
Kitabxanaçılar azyaşlı uşaqlara “Ovçu Mahmud”, “Ağca və yeddi cücələr”, “Ağgül və qızılgül”, “bremen çalğıçıları”, “Qar karliçası” nağıllarını oxumuşlar.
Gün ərzində uşaqlar onlar üçün hazırlanmış “Nağıl otağı”nda maraqlı kitablarla tanış olmuş və onları mütaliə etmiş, şəkillər çəkmiş və nağılları “səhnələşdirmişlər”.
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)