İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Mütaliə, onun insan həyatındakı əhəmiyyəti və rolu haqqında çox deyilmiş, çox yazılmışdır. Hətta mütaliənin xeyirlərini sadalamaqla yeni bir kitab da ərsəyə gətirmək olar. Amma biz məlum olanları təkrar edib Sizləri yormaq istəmırik. Bu yazıda ancaq uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik barədə söhbət açacağıq. Yazı böyüklər üçün nəzərdə tutulub, amma uşaqlara aiddir. Niyə?
Çünki uşaqlar bizim gələcəyimizdir, gələcəyimizin qurucularıdırlar. Mütaliə onların həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır. Ona görə də uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlardan aşılanması olduqca vacibdir. Sokrat deyərdi ki, mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Uşaqlarımızın xoşbəxt olmaları və xoşbəxt bir cəmiyyətdə yaşamaları hamımızın arzusu deyilmi!?
Digər tərəfdən mütəxəssislər hesab edirlər ki, məlumat-axtarış və idraki fəaliyyət növü kimi mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən ən başlıca amillərdən biridir.
Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə uşaqların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamalarına, diqqətlərinin formalaşmasına, nitq və düşünmə qabiliyyətlərinin inkişafına güclü təsir göstərir, gələcəkdə dünyaya və ictimai sosial hadisələrə baxışlarını formalaşdırır, doğru qərarlar verib, seçimlər etmələrinə kömək edir. Mütaliə etmək həm də onların fiziki, ruhi sağlamlığı üçün olduqca faydalıdır. Mütaliə beynin fəaliyyətini artırır. Bu zaman uşaqlar yalnız informasiya qəbul etmir, həmin informasiyanı emal edir, düşünür, təhlil edir, nəticə cixarır. Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.Həmçinin müəyyən olunub ki, hekayə oxuyanuşaqlar daha iti zehinli olur, başqalarını daha çevik anlayırlar.
Ona görə uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik etmək və ya düzgün istiqamət vermək ciddi məsələdir. Bəs bu işlərə nə vaxtdan başlanmalıdır?Bu barədə müxtəlif və maraqlı fikirlər vardır. Əksəriyyət belə hesab edir ki, uşağın mütaliəsinintəşkili və ona rəhbərlik ananın hamiləlik dövründənbaşlanmalıdır. Hətta dində də Allah uşağa ana bətnində iki ay yarımında ruh verir. Tibbi olaraq artıquşağın üç ayında əsas struktur orqanları tam yaranır. Alimlər müəyyənləşdiriblər ki, uşaq ana bətnindəykən 4-6 aylığından ətraf aləmdəki səslərieşitməyə başlayır. Yaxşı olar ki, ana hamilə ikənuşağına kitablar oxumağa başlasın, həm də səsliolaraq, asta səslə. Uşaq bunu anlamaya bilər, amma ananın oxuduqları uşağın şüuraltına öz təsirinigöstərir.
Bu proses uşaq anadan olandan sonra da davam etdirilməlidir. Bu zaman valideynlər bir aktyor kimi obrazların dili ilə danışsalar, daha yaxşıdır. Məsələn, kitab heyvanlardan bəhs edirsə, onlar çalışmalıdırlarki, kitabı həmin heyvanların səsini təqlid edərəkoxusunlar. Bu həm onların özü, həm də “dinləyən” (yəni körpə) üçün maraqlı olur. Yenə də uşaqanlamaya bilər, amma şüuraltına təsir öz yerindədir.
Bəs uşaq kitabla neçə yaşından ilkin, birbaşatəmasda olmalıdır? Bunu müəyyən etmək üçün valideynlərdən, xüsusən anadan ciddi həssaslıq vəmüşahidə qabiliyyəti tələb olunur. Unutmayaq ki,kitab da əşyadır. Amma təbii yox, insan əli iləmüəyyən ehtiyacları ödəmək üçün hazırlanmış əşyalardan (qazan, qaşıq, daraq, papaq və s. kimi) biridir. Uşaqların kitablarla bilavasitə “görüşü” onların əşyaların təyinatını (məsələn, darağı ağzına aparmayıb saçına çəkəndə, papağı ayağına yox, başına geyəndə və s.) dərk etdiyi, danışmağa, dinləyib anlamağa hazırlaşdığı vaxtdan təşkilolunmalıdır.
Unutmayaq ki, uşaqlar kitabları sevməyioxumağı öyrənməzdən çox-çox əvvəl öyrənirlər. Körpə yaşlarından kitablarla vaxt keçirmək onlara böyüdükcə kitablardan daha çox həzz almağa köməkedir. Təsadüfi deyil ki, yaponlar körpəlikdənuşaqların yanına kitab qoyurlar ki, körpə kitabqoxusuna aludə olsun. Yəni onlarda bu vərdişuşaqlıqdan aşılanır.
İlkin olaraq onlara bol şəkilli kitabların təqdimolunması məsləhətdir. İmkan olarsa, səsli kitablarındinlədilməsi də maraqlı olur. Bu yaşlarda uşaqlarakiçik nağıl kitablarının oxunmasının isə xüsusi önəmivar. Eynişteynin belə bir fikri var ki: "Əgəruşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, onlara nağıl oxuyun. Yox, əgər uşaqlarınızın daha ağıllıolmağını istəyirsinizsə, onlara daha çox nağıloxuyun". Uşaq nağılı dinlədikcə səhnələr beynindəcanlanır, beyin daim işləyir Çünki nağıl dinləyən, sonrakı yaşlarda özü nağıl oxuyan uşaqlarınteleviziya izləyərək, telefonla oynayaraq böyüyənuşaqlarla müqayisədə xəyal dünyası daha geniş olur.
Çalışmaq lazımdır ki, uşaqlar körpəlikdən hissetsinlər ki, kitab sosial bir alətdir. Mütaliə isə bekarçılıq deyil, vacib, lazımlı və ciddi işlərdən biridir. Kitab oxumaq boş zaman işi deyil, bir həyat şəklidir, mədəniyyətdir. O, həvəs yox, vərdiş olmalıdır. Bu işdə şəxsi nümunə xüsusi önəm kəsb edir. Əgər məktəbəqədər yaşlılar həmişəvalideynlərinin əlində telefon yox, kitab görərlərsə, valideynlər onlara müntəzəm olaraq növbə ilə kitaboxuyarlarsa, bu, uşaqları gələcəkdə kitab oxumağadaha çox həvəsləndirəcək.
Uşaqlar 3-4 yaşına çatanda çalışın evdə kiçik dəolsa, kitabxana yaradın, onların gözü qarşısındahəmin kitabları vaxtaşırı mütaliə edin. Uşaqlarda həmin kitablara qayıkeş münasibət tərbiyə etməklə, onlara toxunmasına, götürüb vərəqləmələrinə, şəkillərinə baxmağa mane olmayın. Həmçinin onların bağçadakı və ya qonşuluqdakı dostları ilə şəkillikitabları mübadilə etmələrinə, baxdıqları şəkllikitablar, dinlədikləri nağıllar barədə “müzakirələrinə” etiraz etməyin, əksinə buna özünüz şərait yaradın.Vaxtaşırı uşaqları kitabxanalara və ya kitabmağazalarına, kitab oxuma aksiyalarına və fleş-moblara aparın, “Ailəliklə kitabxanaya” layihələrindəbirlikdə iştirak edin. onlara özlərinin seçib, xoşladıqları kitabları alın və kitabxananıza əlavəedin. Unutmayın ki, bütün bunlar uşaqlardamütaliəyə çox böyük həvəs yaradan amillərdəndir. Türk yazıcısı Y.B.Bakilerin dediyi kimi “Kitabsız vəkitabxanasız bir evin mağara qaranlığından heç bir fərqi yoxdur”. Vahidlik
Məktəb dövrü başlayandan sonra uşaqların mütaliəsinin təşklində və ona rəhbərlikdə valideynlərlə yanaşı, müəllimlər (xüsusən sinif və dil-ədəbiyyat müəllimləri), məktəb kitabxanaçısı və psixoloqu da rol almağa başlayırlar. Uşaqların mütaliəsinin təşkili özündə çoxaspektli, mürəkkəb vəkompleks problemləri ehtiva edir. Ona görə dəvahidlik prinsipinə əməl olunmalı, bu işlər kordinasiyalı şəkildə həyata keçirilməlidir.
Məktəblərdə kitabların, mütaliənin insan həyatındakı önəmi müntəzəm şəkildə geniş izah edilməli və təbliğat-təşviqat işləri aparılmalıdır. Mütaliə mədəniyyətinin formalaşdırılması üçün ardıcıl iş görülməlidir. Uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik işləri müəllim, psixoloq, valideyn və kitabxanaçıların (şəhər və kənd kitabxanaları da daxil) əlbir və birgə fəaliyyətləri ilə həyata keçirilməlidir. Pərakəndə işin səmərəsi də az olur.
Uşaqların mütaliəsinə rəhbərlik edərkən aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:
1. Uşaqlara kitab seçimində köməklik etmək
2. Seçilmiş kitabların oxunması üçün onlarda həvəs yaratmaq
3. Səmərəli mütaliə üçün uşaqlara məsləhət və istiqamət vermək
Bu gün uşaqların necə oxumasından daha çox, nə oxumaları ilə maraqlanmaq lazımdır. Sadəcə kitab oxumaqla iş bitmir. Əsas məsələ yaxşı kitabları oxumaqdır. Söhbət yalnız əsl ədəbiyyatdan (kitablardan) gedir, “ye, dua et, yat” kimi kitablardan yox. Məşhur rus yazıçısı İ.Turgenev deyirdi ki, kitabı diqqətlə seçin, əlinizə nə gəldi oxumayın. C.Fenton isə söyləyirdi ki, dəyərli kitablar oxuyun ki, dəyər qazanıb başqalarının işinə yarıyasınız.
Unutmaq lazım deyildir ki, uşaqlar üçün yaxşı bir kitab onların maraq və ruhsal ehtiyaclarını qarşılayan, həm savadlandıran, həm də tərbiyə edən, lakin hər şeydən əvvəl zövqlə oxuduqları bir kitabdır. Belə bir kitab isə seçilib tapılmalıdır! Bu baxımdan uşaqların düzgün kitab seçmək bacarıqlarının formalaşdırılması çox önəmlidir. Düzgün seçilməyən hər hansı ayaqqabı insanın ayaqlarını incidib şikəst etdiyi kimi, düzgün seçilməyən kitab da uşaqların insani duyğu və dəyərlərinin formalaşmasını mənən şikəst edir. Uşaqları kitab tərcihində yalnız buraxmaq məsləhət deyil. Çünki onların yönləndirməyə, məsləhət və tövsiyəyə çox ciddi ehtiyacları vardır. Düzdür, evdə, məktəbdə (sinifdə), kitabxanada və kitab mağazalarında kitab seçərkən bunu biruzə vermirlər. Amma çox vaxt özləri də nə istədiklərini, nə oxuyacaqlarını bilmirlər. Araşdırmalarımız və müşahidələrimiz göstərir ki, uşaqlar kitab seçərkən biruzə verməsələr də valideyn, müəllim və kitabxanaçıların tövsiyə və məsləhətlərinə ciddi ehtiyac duyur, bunu gözləyirlər.
Seçilən kitablar mütləq ağıl və məntiqin süzgəcindən keçirilməlidir. Uşaqlara özlərinin yaş və biliklərinə, psixologiyalarına, sosial inkişafına və maraqlarına uyğun, əxlaqi, milli – mənəvi və bəşəri dəyərlər aşılayan, zehnini , xəyal gücünü və yaradıcılığını, sorunlardan xilas olma bacarığını inkişaf etdirən kitabları tövsiyə etmək lazımdır. Unutmayaq ki, səhv seçilmiş kitablar uşaqlarımızı başqa kitablardan da soyuda bilər. Kitab seçimində mütləq təcrübəsi olanların, pedaqoq, psixoloq, filoloq və kitabxanaçıların məsləhətinə baş vurulmalıdır.
Təcrübə göstərir ki, uşaqların mütaliəsi, əsasən, iki istiqamətdə reallaşır: pedaqoq, psixoloq, filoloq, kitabxanaçı, təcrübəli oxucu və ya valideynlər tərəfindən hazırlanmış tövsiyə siyahısı üzrə mütaliə və müstəqil (sərbəst) mütaliə.
Tövsiyə siyahılarını “oxu bələdçisi” də adlandırmaq olar. Bu siyahılar uşaqların “Hansı kitabları oxuyum?” sualına ən yaxşı cavabdır.
Şagirdlərin müstəqil oxusu isə “mütaliədə demokrtiyanı təmin edir”, onların mütaliə ehtiyaclarının daha dolğun ödənilməsinə kömək göstərir.
Hər iki istiqamətdə düzgün kitab seçimi vacib amildir. Ümumiyyətlə, mütaliədə düzgün kitab seçimi əsas sərtdir. Bəs düzgün kitab seçimini zəruri edən səbəblər hansılardır? Tədqiqatlar göstərir ki, həmin səbəblər əsasən aşağıda göstərilənlərdir:
1.İndi sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir edən, "hansı
mənsəbə qulluq etdiyi" hətta müəllifləri tərəfindən belə bilinməyən, "söz yığınından ibarət olan“, kriminal və pornoqrafik səciyyəli kitabların və ziyanlı saytların sayı xeyli artmışdır. Ona görə də təsadüfi (səhv) kitab seçimi uşaqlara xeyirdən çox ziyan gətirə, bir sıra fəsadlar yarada bilər, onlarda fikir qarışıqlığına səbəb olar, ümidsizliyə sövq edər və hər şeyə şübhəylə yanaşan birinə çevirər. Heç bir tərbiyəvi əhəmiyyəti və elmi əsası olmayan, şübhələrlə, yalan və böhtanlarla dolu əsərlər öz oxucularında mənfi nəticələrə yol açar.
2.Müxtəlif səbəblərdən bəzən uşaqlar bilik və yaşlarına uyğun olmayan kitabları oxumağa girişirlər. Aydın məsələdir ki, 8 – 10 yaşında olan bir uşağın gənclik romanını və yetişkinlər üçün nəzərdə tutulan kitabları oxuyub anlaması mümkün deyil. Çünki bu zaman kitab və uşaq “eyni dildə” danışa bilmirlər. Aydın məsələdir ki, uşaqlar belə kitablardan zövq ala bilməyəcək və mütaliədən soyuyacaq. Bir maraqsız kitab isə uşağı ömürlük kitablardan uzaq sala bilər.
3.Təsadüfi seçilən bəzi əsərlər uşaqların psixologiyasına mənfi təsir edir. Məsələn, şiddət və qorxu məzmunlu kitabları oxuyan uşaqlar, digər yaşıdlarına görə çox dalaşqan, üsyankar və aqressiv olurlar .
4.Bəzən uşaqlar heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə edirlər ki, həmin kitablarda dilimizin nitq normaları və üslubi xüsusiyyətləri gözlənilmir, yersiz arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə (xüsusən tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab dilimizin zənginliyini və gözəlliyini nümayiş etdirməli, anlaşıqlı və axıcı bir dildə olmalı və uşaqların lüğət ehtiyatını artırmalı, onların nitq mədəniyyətini formalaşdırmalıdır.
5.Məsləhətsiz seçilmiş bəzi əsərlərdə ana mövzu qeyri-müəyyən olur, hadisələr ləng şəkildə cərəyan edir, çoxlu sayda obrazlar olur, onların bəziləri həddindən artıq idellaşdırılır (təbiilikdən çıxarılır), zaman xronologiyası tez-tez pozulur (keçmişə və gələcəyə gəliş-gedişlər çox olur). Uzun təhkiyələrə yol verilir. Bunlar isə ikili və yalnış anlamalara səbəb olur, uşaqları çaşdırır, onların canlarını sıxır. Nəticədə uşaqlar usanır və bezirlər. Onlara elə gəlir ki, kitabların hamısı belədir.
6.İndi kitab bazarında tərtibatı və dizaynı müasir tələblərə cavab verməyən kitablarla da tez- tez rastlaşırıq. Bu kitabların düzgün seçilməyən rəngi, kağız və şrift formatı, məzmunla uyuşmayan üz qabığı və illüstrasiyaları onu oxumaq üçün alan uşaqların estetik zövqünü korlayır. Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv şrift və düz olmayan sətirlərarası interval uşaqların gözlərinin nurunu da korlayır. Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitablar böyüklərdən çox uşaqların gözlərinə zərər verir.
Zənn edirik ki, kitab seçiminin zəruriliyini əsaslandırmaq üçün yuxarıda göstərilənlər yetərli sayıla bilər.
Kitab tövsiyə siyahılarının hazırlanmasına verilən tələblər, uşaqları seçilmiş kitabların oxusuna həvəsləndirmək və səmərəli mütaliə üçün onlara veriləcək məsləhət və istiqamətlər haqqında ikinci yazımızda oxuya biləcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(12.09.2024)