Cəlilabad təhsilinin tanınmış nümayəndəsi, istedadlı nasir, ədəbiyyatşünas, pedaqoq İlham Əhmədovun yeni- "Cənnətin möhürü" kitabı çapdan çıxıb.
“Ədəbiyyat və incəsənət” portalına Cəlilabadda yaşayan pedaqoq Elçin Heseynovun verdiyi məlumata görə, müəllifin “Cənnətin möhürü" kitabında qələmə aldığı hekayə və oçerklər müasir dövrün tələblərinə çox uyğun işlənib. Hadisələr olduqca real təsir bağışlayır, tərbiyəvi mahiyyətilə oxucunu cəlb edir.
Elçin Hüseynov əminlik də bildirir ki, oxucular əsəri rəğbətlə qarşılayacaqlar.
Şəkildə: Elçin Hüseynov və İlham Əhmədov yeni kitabı nümayiş etdirirlər.
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)