BİR OVUC KƏDƏRİN ərsəyə gətirdikləri...

Tanınmış şair-publisist Faiq Balabəylinin bu günlərdə çap olunan yeni şeirlər kitabı “BİR ÖVUC KƏDƏR”adlanır. Kitab tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun ÖN SÖZü ilə açılır. 

 

“Ədəbiyyat və incəsənət” portalına Faiq Balabəylinin verdiyi məlumata görə, kitabda  BİR OVUC KƏDƏRİN yaratdığı nələr yoxdur ki: Yaradana müraciət, Şuşa heyrəti, ömrün kəndə keçməyən tərəfi, dəniz eşqi, övlad sevgisi və ən əsası da SEVGİ... Sözün böyük mənasında sevgi... O sevgi ki, bir ovuc kədərin əhatəsindsə Faiq Balabəyliyə bu kitabı yazdırıb: 

 

Üzümü söykəməyə gövdəndə yer gəzirəm,

Budaqların qol kimi sarmaşmır daha mənə.

Qaranlıq dərə bilib, ovcumda əl gəzirəm,

Qoşa əlin ovucu qaranlıq kaha mənə.

İlahi, rəhm eyləmə, qoy uzansın bu ömür,

Yaş olan yanaqların tamı, duzu, bilinsin...

 

... Hə, Faiq Balabəylinin yaradıcılığında həmişə ön sırada olan VƏTƏN bu kitabda da öz yerindədir. Vətən otuz il Şuşasız qalanda da:

 

Hər gün istədim ki,

Durub dolanam başına.

Başını  tapa bilmədim,

Ayağına döşəndim...

 

“Qanun” nəşriyyatında çap olunan kitabın redaktoru Əsəd Qaraqaplan, korrektoru Aytəkin Həmidli, dizaynerləri Səbinə Aydın və Kənan Eynullayevdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.