“Mənalı ömrün hekayəti” kitabı milli kino tariximizə töhfədir

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Bu günlərdə “Şərq-Qərb” nəşriyyatında tanınmış kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin yeni kitabı nəşr olunmuşdur. Bu barədə xəbəri alınca cəld bu nəfis kitabın səhifələrini vərəqlədim. 

 

Müasir Azərbaycan kinosunun görkəmli nümayəndələrindən biri, Respublikanın Xalq artisti, “Ötən ilin son gecəsi”, “Gecə qatarında qətl”, “Qəm pəncərəsi”, “Gəmi saatının sirri” kimi ekran əsərlərində yaddaqalan rollar yaratmış Elmira Şabanovaya həsr edilib kitab, özü də 

“Mənalı ömrün hekayəti” adlanır. 

Oxucular burada ümumxalq məhəbbəti qazanmış aktrisanın yaradıcılıq yolu və tanınmış kino, teatr xadimlərinin onunla bağlı düşüncələri ilə tanış olacaqlar.

Kitab kino mütəxəssisləri və kino ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Ən əsası isə, maraqlıdır, oxumağa dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.