Qırğızıstanda yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin "Alına yazılanlar, kağıza yazılanlar" adlı hekayələr kitabının təqdimatı olub.
525.az xəbər verir ki, kitabın qırğız dilinə tərcüməçisi, tərtibçisi və naşiri “Yanqi Ovoz” Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyinin sədri, tanınmış qırğız yazıçısı Joldaşbek Monoldarovdur.
Təqdimat İssıkkulda (Çolpan Ata şəhəri) keçirilən Doqquzuncu Çukurova Uluslararası Türk Dünyası Ədəbiyyatı və Musiqisi festivalı, eyni zamanda, Qara Qırğız Muxtar Vilayətinin yaradılmasının 100 iliyi çərçivəsində baş tutub. Tədbirdə türk respublikalarından olan yazıçılar, şairlər, musiqiçilər, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)