Şair- publisist, AYB və AJB- nin üzvü Təranə Dəmirin "Mücrü" nəşriyyatında "Üşüyəndə özünü yandıran şair" adlı kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 7 məqalədən ibarət olan bu kitab şair- publisist Qulu Ağsəsin yaradıcılığından bəhs edir, kitabın ön sözünün müəllifi və redaktoru AYB və AJB- nin üzvü Nəzirməmməd Zöhrablıdır.
Xatırladaq ki, bu Təranə Dəmirin 8-ci kitabıdır və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Təranə xanımı təbrik edir, uğurlar diləyirik.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)