Mövlud Mövludun yaradıcılığı Türkiyə portalında

 

 

“Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” - Türkiyənin 3 portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə uyğunlaşdırılmış “Biz artıq böyümüşük” hekayəsinin yayımına başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Tərcümə Mərkəzi məlumat yayıb. 

Hekayə türk dilinə Mərkəzin türk dili mütəxəssisi Sənan Nağı tərəfindən uyğunlaşdırılıb.

 

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Mixail Lermontov, Edqar Allan Po, Frans Kafka, Alber Kamyu kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.