Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“İnsan özü özünün həkimi olmasa dünyanın bütün həkimləri yığışsa, onun dərdinə əlac edə bilməz..."
Bilal Alarlı
*
Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı ölkənin fədakar alimlərindən biridir. Əlindən yaxşılıq etməkdən başqa heç nə gəlmir. Çox işlər görüb, cənubla bağlı sanballı əsərlər ortaya qoyub. Onlardan ikisi də Yardımlı rayonu ilə bağlıdır. "Viləş çayı boyunca" kitabında müxtəlif yaradıcı yardımlılar barəsində qələmə aldığı yazıları bir yerə toplayıbsa, "Yardımlı rayonunun folklor örnəkləri" kitabında isə, həmin bölgəyə xas olan folklor nümunələri öz əksini tapıb...
Sözüm Yardımlının nüfuz sahiblərinə, iş adamlarına, imkanlı şəxslərinədir. Bu kişi, artıq rayonumuzla bağlı təmənnasız olaraq iki kitab ərsəyə gətirib. Hazırda "Yardımlı rayonunun folklor nümunələri" kitabının ikinci cildi çapa hazırdır. Maddi yardıma ehtiyac var. Yığışıb kitabın çap xərclərini ödəmək lazımdır...
O vaxt mən müəllifin "Viləş çayı boyunca" kitabı təzə-təzə çıxanda çox adama müraciət elədim, heç kim yaxın durmadı. Axır əlacsız qalıb rayonun sabiq rəhbəri Sevindik Hətəmova ağız açdım ki, kitabdan heç olmasa 20-30-nu alsın ki, rayonda da olsun. Sağ olsun, təkcə o tutdu müəllifin əlindən.
Cənablar, imkansızlara payladığınız ərzaqlar yeyilib qurtarır, hələ üstündən su da içilir, amma kitablar gələcək nəsillərə miras qalacaq...
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)