“Vətən oğulsuz olmasın”

Bu gün saat 12:00-da Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasında ''Vətən oğulsuz olmasın'' kitabının təqdimatı olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ''Vətən oğulsuz olmasın'' kitabı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə  Mirvarid Dilbazi Poeziya Məclisinin töhfəsidir. 

Məclisin sədri Güllü Eldar Tomarlı portalımıza açıqlamasında söyləyib: 

-Kitabın təqdimatı bu gün Bakıdan başlayaraq bölgələrimizdə davam edəcək. Kitaba müsbət rəy almağımız və Azərbaycanın bölgələrində keçirilməsinə icazə verilməsi, şərait yaradılması üçün dövlətimizə təşəkkür edirəm. Təqdimat Bakı, Sabirabad, Bərdə, Ağsu bölgələrində  nəzərdə tutulur. Onu da nəzərinizə çatdırım ki, bu kitabın ilk təqdimatı 20 iyul, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Naxçıvanda, M.S. Ordubadi adına Naxçıvan MR kitabxanasında keçirilib. Allah davamına yol versin, inşallah.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.