Görkəmli özbək şairi, "Kitab Dünyası" qəzetinin Baş redaktoru Xasiyyət Rustəmin Azərbaycan Vətən Müharibəsinə həsr etdiyi “44 gün” kitabı işıq üzü görüb.
Özbəkistanın şöhrətli və "Şöhrət" medallı yazarının kitabı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə çıxıb. Kitabın redaksiya heyətinə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva başçılıq edir.